Rusiya və Ukrayna arasında 150-150 əsir mübadiləsi aparıldı


BƏƏ rusların əsirlikdən qayıtması üçün humanitar vasitəçilik səyləri göstərib.

Turkustan.az xəbər verir ki, Kiyev rejimi ilə aparılan danışıqlar nəticəsində əsir mübadiləsi baş verib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Dekabrın 30-da danışıqlar prosesi nəticəsində Kiyev rejiminin nəzarətində olan ərazidən 150 rus hərbçisi geri qaytarılıb, 150 hərbi əsir isə Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib. Onlara lazımi psixoloji və tibbi yardım göstərilib, habelə qohumları ilə əlaqə saxlamaq imkanı yaradılıb. Azad edilmiş hərbçilər Rusiya Federasiyasının tibb müəssisələrində müalicə olunmaq üçün ölkəyə gətiriləcəklər"-deyə, Müdafiə Nazirliyi bildirib.

Nazirlik həmçinin əlavə edib ki, Birləşmiş Ərəb Əmirlikləri rusların əsirlikdən qayıtması üçün humanitar vasitəçilik səyləri göstərib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ