Netanyahu əməliyyat olundu: Səhhəti necədir?


İsrailin baş naziri Binyamin Netanyahunun əməliyyatının uğurlu keçdiyi və onun nəzarətdə saxlanıldığı bildirilib.

Turkustan.az xəbər verir ki, İsrail Baş Nazirlik Ofisindən edilən şərhdə, Baş nazir Binyamin Netanyahunun prostat əməliyyatının müvəffəqiyyətli olduğu qeyd edilib. Açıqlamada əməliyyatın fəsadsız başa çatdığı vurğulanaraq, "Baş nazir yuxudan oyandı, vəziyyəti yaxşıdır və şüuru yerindədir" ifadəsi işlədilib.

Bildirək ki, Netanyahunun raket hücumları ilə bağlı narahatlıqlar səbəbilə xəstəxananın yeraltı bölməsində xüsusi xəstə otağına aparıldığı deyilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ