“Çin Dəmir Yolları” şirkəti Pekində CR450 super sürətli sərnişin qatarının prototipini təqdim edib.
Turkustan.az xəbər verir ki, bu barədə “WeChat” sosial şəbəkəsində məlumat verilib.
Məlumata görə, yeni qatarın maksimum sürəti saatda 450 kilometr olsa da, saatda 400 kilometr sürət yığa biləcək. Beləliklə, yeni qatar ölkə daxilində daşınmanı əhəmiyyətli dərəcədə sürətləndirəcək.
CR450 əhəmiyyətli dərəcədə qısaldılmış əyləc məsafəsinə, həmçinin, təkmilləşdirilmiş idarəetmə sisteminə malik olacaq. Şirkət yeni qatarın hərəkət müqavimətini və çəkisini azaltmaqla, enerji səmərəliliyini artıracaq. Şirkət iddia edir ki, belə texniki xüsusiyyətlər analoqlarla müqayisədə daha yüksək təhlükəsizlik təmin edəcək.
Hazırda şirkət “Güllə” ləqəbli yeni qatarın bir sıra sınaqlarını keçirməyi planlaşdırır.
Qeyd edək ki, Çin hazırda dünyada ən böyük sürətli dəmir yolu şəbəkəsinə malikdir. Ölkənin saatda 200 km/saat-dan yuxarı sürətli qatarlar üçün nəzərdə tutulan dəmir yollarının uzunluğu 47 min kilometrə çatır ki, bu da bütün dünya üzrə sürətli dəmir yolu şəbəkəsinin təxminən 70 faizi deməkdir. /yeniavaz.com/