Ukrayna Suriya yaxınlaşması - Suriyaya yardım göndərildi


Suriyanın faktiki lideri Əhməd əl-Şaraa paytaxt Dəməşqdə Ukraynanın xarici işlər naziri Andrii Sybihanın başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti ilə danışıqlar aparıb.

Turkustan.az xəbər verir ki, Kiyev Əsəd dövründə Rusiyanın nəzarətində olan, lakin Əsədin devrilməsindən sonra yeni səhifə açan Suriya ilə möhkəm əlaqələr qurmağa çalışır.

Bir çox ölkənin nümayəndə heyəti ilə əlaqə quran “Həyat Təhrir əl-Şam”ın lideri və Suriyanın faktiki lideri Əhməd əl-Şaraa paytaxt Dəməşqdə Ukraynanın xarici işlər naziri Sybihanın başçılıq etdiyi nümayəndə heyəti ilə də görüşlər keçirib.

Xarici işlər naziri Sybiha Ukraynanın Suriyaya taxıl yardımını artıracağını açıqlayıb. Əl-Şaraa həmçinin Ukrayna və Suriyanın siyasi, iqtisadi və sosial sahələrdə strateji tərəfdaş olacağına inandığını bildirib.

Dövlət mediası SANA Dəməşqdə keçirilən danışıqlarla bağlı ətraflı məlumat verməyib.

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin Suriyaya ərzaq yardımının ilk partiyasını göndərdiyini bildirib.

Zelenski Kiyevin BMT-nin Ümumdünya Ərzaq Proqramı ilə birgə həyata keçirdiyi humanitar yardım üçün “Ukraynadan taxıl” təşəbbüsü çərçivəsində 500 ton buğda ununun Suriyaya yollandığını bildirib.

Bildirək ki, Ukrayna Bəşər Əsədin devrilməsindən və Rusiyaya qaçmasından sonra Suriya ilə münasibətlərini yaxşılaşdırmaq istəyir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ