Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan Moskvada həbs edilib.
Turkustan.az xəbər verir ki, məlumatı "112 Telegram" kanalı yayıb.
Mənbənin sözlərinə görə, o, paytaxtın Tverskaya küçəsində saxlanılıb.
Ermənistanın keçmiş müdafiə naziri, general-mayor Arşak Karapetyan bir neçə cinayət ittihamı ilə Ermənistanda axtarışa verilib.
“Ermənistanda Karapetyan Cinayət Məcəlləsinin sahibkarlıq fəaliyyətində qanunsuz iştirak, vəzifə səlahiyyətlərindən sui-istifadə və qulluq mövqeyindən sui-istifadə etmə maddələri üzrə aparılan istintaq çərçivəsində axtarışa verilib”.
Karapetyanın 57 yaşı var. 2018-2021-ci illərdə o, Ermənistanın baş naziri Nikol Paşinyanın müşaviri olub. 2021-ci ilin aprel-iyul aylarında Ermənistan Baş Qərargah rəisinin birinci müavini vəzifəsində çalışıb, sonra iki həftə müdafiə nazirinin birinci müavini, avqustun 2-də isə müdafiə naziri təyin edilib. Karapetyan 3 ay sonra vəzifəsindən azad edilib, noyabrın 15-də Suren Papikyan nazir postunu təhvil alıb. /modern.az/