Bayden Ukraynaya milyardlarla dollar hərbi yardım ayırdı


Bayden Ukraynaya növbəti yardımı ayırıb.

Turkustan.az xəbər verir ki, Amerika prezidenti Co Bayden Kiyevə 2,5 milyard dollara yaxın hərbi yardım ayırdığını açıqlayıb. Bu barədə Ağ Evin saytında məlumat verilib.

“Bu gün mən Ukraynaya təhlükəsizliklə bağlı təxminən 2,5 milyard dollar yardım ayrıldığını elan etməkdən qürur duyuram”- deyə, ABŞ prezidenti çıxışında bildirib. Bundan əlavə, o əlavə edib ki, Pentaqonun Ukraynaya yüz minlərlə artilleriya sursatı və raketi ötürmək prosesi gedir.

"Associated Press"-in Amerika rəsmilərinə istinadən verdiyi məlumata görə, yeni yardım paketinə NASAMS və Hawk hava hücumundan müdafiə sistemləri üçün sursatlar daxil olacaq .

Bir gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın Ukraynaya dəstək üçün dekabrın 30-da qəbul edəcəyi vacib qərarını açıqlamışdı. "Döyüşçülərimiz üçün böyük dəstək paketləri gəlir"-deyə, o bildirmişdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ