Mariya Zaxarova ABŞ-ı tənqid etdi.
Turkustan.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın “ifrat” liberal siyasətini tənqid edərək, “Həddindən artıq liberal siyasətlə amerikalıları axmaq yerinə qoyub”-deyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-da xüsusilə demokratların həyata keçirdiyi gender siyasətini tənqid edib. Ancaq Trampın gəlişi ilə bu siyasətlərdə dəyişiklik ola biləcəyinə nikbin olduğunu bildirib.
ABŞ-ın təkcə özünü deyil, bütün dünyanı aldatdığını bildirən Zaxarova, “Bu, Qərbin yaşadığı sivilizasiya böhranıdır” deyib.
Bildirək ki, ABŞ-ın 47-ci prezidenti seçilən Donald Tramp: “Biz gender ideologiyasını məğlub edəcəyik və Allahın yalnız iki cinsi yaratdığını göstərəcəyik: kişi və qadın" -deyərək, demokratların gender ideologiyasının ABŞ-da artıq mövcud olmayacağını bəyan edib.
Donald Trampa yaxın olan iş adamı İlon Mask da tez-tez gender məsələlərində demokratları tənqid edir və bu siyasətlərin ABŞ-ı korladığını düşünür.
Aytən Yaşar/ Turkustan.az