"SpaceX" rəhbəri xatırladıb ki, insan olan kosmik gəmi dörd ildən sonra Marsa gedə bilər.
Turkustan.az xəbər verir ki, "SpaceX" aerokosmik şirkətinin rəhbəri İlon Mask Marsda birbaşa demokratiyanın qurulmasını təklif edib.
"Marslılar hansı hökumət formasının onlara uyğun olduğuna qərar verəcəklər, mən təmsilçi demokratiyanı deyil, birbaşa demokratiyanı tövsiyə edirəm".
Mask əlavə edib ki, "Starship" kosmik gəmilərinin təxminən iki il ərzində Marsa ekipajsız göndərilməsi planlaşdırılır, lakin ekipajlı kosmik gəmilər təxminən dörd il ərzində oraya gedə bilər, bu, tamamilə mümkündür".
Mask daha əvvəl bəyan etmişdi ki, onun əsas məqsədi 20 ildən sonra Marsda özünü təmin edən şəhər yaratmaqdır. Onun fikrincə, bu planet bəşəriyyəti ölümdən xilas edəcək planetlərdən birinə çevriləcək.
Aytən Yaşar/ Turkustan.az