İsrailin "El Al" aviadaşıyıcısı 2025-ci ilin mart ayının sonuna qədər Moskvaya uçuşları dayandırıb.
Turkustan.az xəbər verir ki, bu barədə aviaşirkətin nümayəndəsi "RİA Novosti"yə bildirib.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsinin Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub qəzaya uğramasından sonra bir neçə ölkənin hava yolları Rusiyaya uçuşlarını müvəqqəti dayandırıb. /axar.az/