Ukrayna Silahlı Qüvvələrinin tərkibində kifayət qədər təlim keçmiş mütəxəssislərin olmaması müasir Qərb silahlarının bu ölkəyə verilməsinin müsbət təsirini inkar edir.
Turkustan.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "EU Reporter" məlumat yayıb.
“Ukrayna müharibə zamanı ən qiymətli sərvətini – elit kadrlarını itirdi. Bu, pessimist düşüncə yaradır. Ukraynanın onları effektiv şəkildə inteqrasiya etmək və yerləşdirmək imkanı yoxdursa, heç bir pul və ya müasir hərbi resurslar qələbəni təmin edə bilməz”, - məqalədə izah edilir.
Məqalə müəllifləri vurğulayırlar ki, maliyyə investisiyaları və qabaqcıl texnologiyalar onlardan döyüş şəraitində səmərəli istifadə etmək imkanı olmadan qələbəyə zəmanət vermir.
Müəlliflərin fikrincə, bu baxımdan Ukrayna Prezidenti Vladimir Zelenskinin silah tədarükünün artırılması ilə bağlı davamlı çağırışları Ukrayna hərbçiləri arasında əhəmiyyətli itkilər fonunda şübhəli görünür.