Dekabrın 29-da Ukraynaya məxsus iki pilotsuz təyyarə Rusiyanın Rostov vilayətinə hücum edib.
Turkustan.az xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru vəzifəsini icra edən Yuri Slyusar deyib.
Onun sözlərinə görə, Salskda ilk PUA lokomotiv deposunun ərazisinə zərbə endirib, lakin hadisə yerində yanğın olmayıb.
Digər PUA-nı isə HHM sistemləri məhv edib. Dağıntı və tələfat yoxdur. /axar.az/