Daha bir təyyarə qəzası: ölənlər var


BƏƏ sahillərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Turkustan.az xəbər verir ki, bu barədə WAM xəbər agentliyinin məlumatında deyilir.

Bildirilib ki, Təyyarə “Əl-Cəzirə” aviaklubuna məxsus olub. Təyyarə Rəs əl-Xaymə əmirliyi sahillərində qəzaya uğrayıb.

Məlumatda pilotun və onun köməkçisinin həlak olduğu deyilir.

Qəzanın hansı səbəbdən baş verdiyi açıqlanmır. /axar.az/


MANŞET XƏBƏRLƏRİ