“Ukrayna Kursku tam itirə bilər” - “Bölmələr tükənmiş vəziyətdədir”


Yorulmuş və ruhdan düşmüş Ukrayna qoşunları ildırım sürətli avqust hücumu zamanı Rusiyanın Kursk vilayətində ələ keçirdiyi əraziləri itirmək riski ilə üz-üzədir.

Turkustan.az xəbər verir ki, bunu “Associated Press” anonimlik şərti ilə Ukrayna ordusundakı mənbələrə istinadla yazıb.

Nəşr yazır ki, Ukrayna bölmələrinin əhəmiyyətli hissəsi tükənmiş vəziyyətdədir: “Döyüşlər o qədər şiddətlidir ki, bəzi ukraynalı komandirlər ölənləri təxliyə edə bilmir. Kommunikasiyadakı gecikmələr və düzgün təyin edilməmiş taktikalar əsgərlərin həyatı bahasına başa gəlir. Qoşunların əks-hücum etmək imkanı yoxdur”.

Nəşrin məlumatına görə, Rusiya regionda 50 mindən çox hərbçi, o cümlədən Şimali Koreyadan olan hərbçiləri cəmləşdirib: “Dəqiq rəqəmləri əldə etmək çətindir, lakin Moskvanın əks-hücumları minlərlə insanın ölümü və yaralanması ilə nəticələnir. Yorulmuş ukraynalılar avqustda ələ keçirdikləri ərazinin 40%-dən çoxunu itiriblər”.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski dəfələrlə Kursk vilayətində ələ keçirilən ərazilərin Rusiya ilə gələcək sülh danışıqlarında ciddi əhəmiyət daşıyacağını deyib. /AzPolitika.info/


MANŞET XƏBƏRLƏRİ