Rusiya təyyarəsi Tbilisiyə məcburi eniş etdi


Moskva-Yerevan reysi ilə uçan "FlyOne" təyyarəsi Tbilisidə məcburi eniş edib.

Turkustan.az Sputnik Armenia-ya istinadla xəbər verir ki, enişin səbəbi qatı duman olub.

Moskvanın Domodedovo hava limanından uçan 3F312 reysi səhər saat 09:00-da İrəvanın Zvartnots hava limanına enməli idi.

"Flightradar" saytının məlumatına görə, təyyarə hava limanına yaxınlaşıb, lakin əlverişsiz hava şəraiti səbəbindən eniş etməyib və Tbilisiyə istiqamət alıb. /Yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ