Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsinin eniş edərkən qəzaya uğraması nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.
Turkustan.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Son xəbərlərə görə, təyyarə qəzasında 3 nəfər sağ qalıb.
Qəzaya uğrayan Boeing 737-800 (737-8AS) təyyarəsi 2009-cu ilin avqustunda istehsal edilib. Layner nisbətən yeni hesab olunur və “Jeju Air” şirkətinin ümumilikdə, 2023-cü ilin sentyabrına qədər 39 belə təyyarəsi var. “Jeju Air” şirkətinin Bankonq-Muan reysini yetirən yetirən təyyarə yerli vaxtla saat 9:00 radələrində eniş etdikdən sonra uçuş zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib.
Təyyarənin göyərtəsində 175 sərnişin və 6 heyət üzvü olub.
***
Cənubi Koreyanın Muan hava limanında qəzaya uğrayan Boeing 737-800-ün qurbanlarının sayı 62-dən 85-ə yüksəlib.
/axar.az/