Çin, Qırğızıstan və Özbəkistan Rusiyadan yan keçən dəmir yolunun tikintisinə başlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə Qırğızıstanın “Tazabek” nəşri məlumat yayıb.
Uzunluğu 450-500 km olan magistral Çindən yüklərin Mərkəzi Asiya ərazisindən keçməklə Aİ-yə çatdırılmasına imkan verəcək. Layihənin ümumi dəyəri 4,7 milyard dollardır və yolun ötürücülük qabiliyyəti ildə 15 milyon ton yük təşkil edəcək.
Qırğızıstan Prezidenti Sadır Japarov qeyd edib ki, bu marşrut Çindən Qırğızıstana və Mərkəzi Asiyaya, oradan isə Türkiyəyə, daha sonra isə AB-yə yük daşımağa imkan verəcək. /axar.az/