"Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar Rusiya və ABŞ arasında aparılmalıdır".
Turkustan.az xəbər verir ki, bu barədə dekabrın 28-də Berliner Zeitung qəzeti məlumat yayıb .
“Hətta bəzi avropalılar indi yüksək səslə özləri haqqında danışsalar belə, Ukraynada atəşkəslə bağlı qərarı super güclər – ABŞ və Rusiya verəcək ”-deyə, mesajda qeyd olunub. Materialda kritik məsələlərin ikitərəfli qaydada müzakirə ediləcəyi də bildirilir.
Bundan başqa, nəşr əlavə edib ki, tərəflərin elə mövqeləri var ki, orada müəyyən razılaşmalara əməl edilməməsi yolverilməzdir. Rusiya Ukraynanın NATO-ya üzvlüyünə qarşıdır, ona görə də Qərb əks halda israr edərsə, danışıqlar pozula bilər.
Bundan əvvəl, dekabrın 22-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli üzrə danışıqlara başlamaq üçün Rusiya prezidenti Vladimir Putinlə görüşü gözlədiyini bildirmişdi. Respublikaçı əlavə edib ki, o, ABŞ-ın hazırkı prezidenti Co Baydenin yerində olsaydı, belə böhrana qətiyyən yol verməzdi.
Aytən Yaşar/ Turkustan.az