Kreml: Azərbaycan və Qazaxıstana dəstək verməyə hazırıq


Rəsmi Kreml təyyarə qəzasına reaksiya verib.

Turkustan.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin təhqiqat prosesində Qazaxıstan və Azərbaycana dəstək verməyə hazır olduqlarını bildirib.

Peskov Aktauda baş verən təyyarə qəzası və gündəmdəki müxtəlif mövzularla bağlı paytaxt Moskvada jurnalistlərə açıqlamalar verib.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) baş direktoru Dmitri Yadrovun qəza ilə bağlı açıqlama verdiyini xatırladan Peskov, “Yadrov bildirib ki, Rusiya qəzanın səbəblərinin araşdırılmasında həm Qazaxıstan, həm də Azərbaycana hərtərəfli dəstək verəcək. Rusiya buna cavab verdi, biz hazırıq"-deyə bildirib.

İstintaqın nəticəsini gözlədiklərini vurğulayan Peskov, " Bu barədə Kremlin nəsə deməsi uyğun olmaz. Yadrovun açıqlamalarına diqqət yetirməyinizi xahiş edirəm" deyə, əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ