Ramazan Kadirov medal mərasimi təşkil edib.
Turkustan.az Türkiyə mediasına istinadən xəbər verir ki, Azərbaycan hələ də 38 nəfərin həyatını itirdiyi təyyarə qəzasına yas tutarkən, Çeçenistan lideri Ramazan Kadırov böyük reaksiyalara səbəb olacaq addım atdı.
Belə ki, Rusiya səmasında Rusiya raketinin hədəfinə çevrilən sərnişin təyyarəsi həmin gün Çeçenistan hava hücumundan müdafiə sistemləri tərəfindən vuruldu. Lakin, Kadırov komandiri üstün xidmət medalı ilə təltif edib.
Azərbaycan rəsmiləri Rusiya və Çeçenistan hakimiyyətinin rəsmi üzrxahlığını gözləyərkən atılan ilk addım tam əksi oldu. Rusiyaya bağlı Çeçenistan Muxtar Respublikasının rəhbəri Ramazan Kadirov medal mərasimi təşkil edib. O, Çeçenistan Təhlükəsizlik Şurasının sədri vəzifəsində çalışmış qardaşı oğlu Həmzət Kadırovu üstün xidmət medalı ilə təltif edib.
Həmzət Kadırov Azərbaycan sərnişin təyyarəsinin qəzaya uğradığı gün Çeçenistanda Rusiya hava hücumundan müdafiə sisteminin işi barədə məlumat verən yeganə rusiyalı məmur olub. Həmin vaxt o, Qroznıya hücum edən bütün Ukrayna PUA-larının vurulduğunu bildirib. "PUA-ların obyektə dəyməsi ilə bağlı məlumat doğru deyil, hər şey vurulub!"-deyə, o yazıb.
Lakin vurulan “Hər şey” arasında Azərbaycan Hava Yollarına məxsus mülki sərnişin təyyarəsi də olub. Həmzət Qədirov medalını təbəssümlə qəbul edib. Lakin o zaman Aktauda baş verən təyyarə qəzasında yaxınlarını itirənlərin gözləri hələ də yaş idi. Yaralılardan bəziləri həyatları üçün mübarizə aparırdılar.
Azərbaycanlılar mülki təyyarələri vuran, sonra isə hadisəni ört-basdır etməyə çalışan Rusiya və Çeçenistan rəsmilərinin biganə münasibətinə qəzəbləniblər. Hələlik nə Kreml Sarayı, nə də Çeçenistan hakimiyyəti fəlakətə görə məsuliyyəti öz üzərinə götürməklə bağlı bir açıqlama verməyib. Kadırovun Rusiya hava hücumundan müdafiə sisteminə komandanlıq edən məmuru cəzalandırmaq əvəzinə mükafatlandırması isə şok effekti yaradıb.
Aytən Yaşar/ Turkustan.az