Putin yeni qanunu təsdiqləyib.
Turkustan.az xəbər verir ki,Rusiya prezidenti Vladimir Putin hər hansı terror təşkilatının fəaliyyətinə qadağaların dayandırılması mexanizmini tətbiq edən qanunu təsdiqləyib. “Russia Legal Proceedings Publication” saytında yer alan Putinin imzaladığı qanunda heç bir terror təşkilatının adı yoxdur.
Qanunla Rusiya Federasiyasının Baş Prokurorunun və ya onun müavininin bəyanatı əsasında hər hansı bir təşkilatın, o cümlədən məhkəmənin qərarı ilə terrorçular siyahısına daxil edilmiş şəxslərin fəaliyyətinə qoyulan qadağa müvəqqəti olaraq dayandırıla bilər.
Rusiyada Talibanın terrorçular siyahısından çıxarılması üçün hazırlanan qanunun gələcəkdə Suriyadakı Heyət Təhrir əş-Şamın (HTŞ) də bu siyahıdan çıxarılmasına icazə verə biləcəyi şərh edilir.
Qanun bir müddət əvvəl Rusiya parlamentində qəbul edilib.
Aytən Yaşar/ Turkustan.az