İsrail XİN: HTŞ hökuməti radikal bir quruluşdur


İsrailin xarici işlər naziri Gideon Saar HTŞ və Suriyada yeni qurulan Keçid Hökuməti ilə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki,HTŞ-ni radikal bir quruluş olaraq xarakterizə edən Saar, Keçid Hökumətinin Qərbi aldatmağa çalışdığını bildirib.

Bir çox qərbli idarəçi və diplomatın Dəməşqdə Əhməd Şara ilə görüşündən danışan Saar, "HTS radikal bir quruluşdur. Onlar öz ritorikaları ilə Qərbi aldatmaq istəyirlər" deyib.

Saar həmçinin, "Şübhə etmək üçün kifayət qədər səbəbimiz var. Mən də baş verənləri izləyirəm. Yeni təyin olunmuş ədliyyə naziri deyir ki, qadınlar hakim ola bilməz". O, yeni hökumət haqqında mənfi fikirlər səsləndirib.

Bildirək ki, Dəməşqdə yeni hökumətin necə hərəkət edəcəyini bilmədiklərini əsas gətirən İsrail Colan təpələrini işğal edərək Quneytra və Dərə çölünə çatıb. İsrail də Suriyanın cənubundakı mövcudluğunu daimi etmək üçün infrastruktur işlərini davam etdirir. Əsgərlərin Suriyada qışlaması üçün obyektlər tikilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ