Rusiya: Ukrayna ordusu Kursk vilayətində hər gün 250-dən çox əsgər itirir


"Ukrayna ordusunun itkiləri çoxdur".

Turkustan.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində sutka ərzində 250-dən çox hərbçisini itirib, 1-i təslim olub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələrinin itkiləri gün ərzində 250-dən çox hərbi qulluqçu, bir zirehli döyüş maşını, altı maşın və beş minaatan məhv edilib”-deyə, Rusiya Müdafiə Nazirliyindən bildiriblər.

Departamentdən bildirilib ki, Kursk vilayətinin işğalı başlayandan bəri Ukrayna Silahlı Qüvvələri 44 820-dən çox hərbi qulluqçu, 259 tank və 332 artilleriya qurğusu itirib.

Həmçinin 200 piyada döyüş maşını, 141 zirehli transportyor, 1346 zirehli döyüş maşını və 1217 texnika məhv edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ