Dmitri Peskov Rusiyanın Ukrayna ilə bağlı yanvar planlarından danışıb.
Turkustan.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin yanvarın ilk günlərində Ukrayna böhranının həlli üçün hər hansı təmas qurmağı planlaşdırmır.
Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Almaniya kansleri Olaf Şoltzla yeni telefon danışığına hazırlığın olub-olmaması və yeni il tətilləri zamanı Ukrayna danışıqlarının tənzimlənməsi ilə bağlı hər hansı bir əlaqənin planlaşdırılıb-planlaşdırılmadığı sualına cavabında bildirib.
"Xeyr, yanvar ayı üçün bu mövzuda heç bir plan yoxdur"-deyə, Kreml sözçüsü qeyd edib.
Aytən Yaşar/ Turkustan.az