NASA uğurlu uçuş həyata keçirib.
Turkustan.az xəbər verir ki, ABŞ Milli Aeronavtika və Kosmik Agentliyinin (NASA) Günəşi daha yaxından tədqiq etmək üçün hazırladığı "Parker Solar Probe" kosmik kəşfiyyat vasitəsi ulduza ən yaxın mövqeyə uğurla çatdı və öz sürət rekordunu qıraraq tarix yazdı.
NASA-nın internet saytındakı açıqlamaya görə, "Günəş Kəşfiyyatçısı" olaraq da bilinən Parker vasitəsi, Günəşin səthinə 6,1 milyon kilometr yaxınlaşaraq ulduza ən yaxın uçuşunu müvəffəqiyyətlə tamamladı.
Açıqlamada, 26 dekabr axşam saatlarında Günəşin orbitinə yaxınlaşmağa başlayan vasitədən ilk dəfə siqnal alındığı ifadə edilərək, “Əməliyyat qrupları tərəfindən NASA-nın 'Günəşə toxunma' missiyası dekabrın 24-də Günəşin səthinə rekord yaxınlıqdakı uçuşdan uğurla sağ çıxdı"- ifadəsi işlədildi.
NASA Parker kosmik aparatı ilə Günəşin atmosferini və günəş küləklərinin mənbəyini tədqiq edərək ulduzun maqnit sahəsini və plazma dinamikasını və onların Günəş sisteminə təsirini daha yaxşı başa düşməyi hədəfləyir.
Parker rover də Günəş tacının üzərindən uçacaq və bu bölgənin niyə bu qədər isti olduğunu anlamaq və enerjili hissəciklərin işıq sürətinin yarısına necə çatdığını tapmaq üçün ölçmələr aparacaq.
2018-ci ilin avqustunda orbitə buraxılan Parker, 27 sentyabr 2023-cü ildə Günəşdən 7,26 milyon kilometrə yaxınlaşdığı zaman 17-ci yaxın orbitində saatda 635 min kilometrdən çox sürətlə hərəkət edərək ən sürətli süni obyekt adını qazandı.
Aytən Yaşar/ Turkustan.az