"Kiyevin mövqeyi sülhü gecikdirir".
Turkustan.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə Kiyevlə sülh məsələsi ilə bağlı açıqlama verib.
"Əsas odur ki, belə bir sülh prosesinin trayektoriyasına çıxaq. İndiyə qədər bu trayektoriya Kiyev rejiminin tanınmış mövqeyi səbəbindən hiss olunmur"-deyə, Peskov bildirib.
Daha əvvəl TASS-ın sualını cavablandıran Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiyada səfərdə olan Slovakiyanın baş naziri Robert Fiko Moskva ilə Kiyev arasında danışıqlar üçün platforma kimi ölkəsinin ərazisini verməyə hazırdır. Putinin sözlərinə görə, Rusiya buna müsbət yanaşır.
Aytən Yaşar/ Turkustan.az