"Putin Ukraynanı sülhə məcbur etməkdən başqa heç nəyə razılıq verməyib"
Turkustan.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şolzla söhbəti zamanı Ukrayna münaqişəsinin həlli üçün Kiyevi sülhə məcbur etməkdən başqa heç bir varianta razılıq vermədi. Bu barədə Almaniya kansleri "T-Online" portalına müsahibəsində bildirib.
Müsahibə zamanı Şolz onu da bildirib ki, Putinlə danışıqlar zamanı Almaniyanın Ukraynaya dəstəyini zəiflətməkdən imtina etdiyini də bildirib .
Bildirək ki, Almaniya tərəfinin təşəbbüsü ilə noyabrın 15-də Şolzla Putin arasında telefon danışığı baş tutub. Söhbət zamanı Almaniya kansleri Ukraynada sülh yolu ilə nizamlanmaya başlamağın zəruriliyini bəyan edib . Siyasətçilər gələcəkdə də ikitərəfli əlaqələri davam etdirmək barədə razılığa gəliblər.
Aytən Yaşar/ Turkustan.az