İnanılmaz: Kurskda döyüşən Şimali Koreya əsgərləri əsir düşməmək üçün görün nə edirlər


Kursk vilayətində Rusiya tərəfində Ukraynaya qarşı döyüşən Şimali Koreya hərbçiləri Ukrayna Müdafiə Qüvvələrinə əsir düşməmək üçün intihar edir.

Turkustan.az xəbər verir ki, bunu Ağ Evin sözçüsü Con Kirbi cümə günü brifinqdə bildirib.

Ağ Ev sözçünün dediyi kimi, Rusiya və Şimali Koreya liderləri KXDR ordusuna “xərc edilə bilən material” kimi baxır və onlara “Ukraynanın müdafiəsinə ümidsiz hücumlar” həyata keçirmək əmri verirlər.

O qeyd edib ki, bu hərbçilər “zombiləşdirilib” və faydasız olduqları aydın olsa belə, hücumlarda israrlıdırlar.

“Şimali Koreya əsgərlərinin ələ keçiriləcəyi təqdirdə ailələrinə qarşı repressiya olunacağından qorxaraq, Ukrayna qüvvələrinə təslim olmaq əvəzinə intihar etdikləri barədə də xəbərlərimiz var”, - Kirbi bildirib./publika.az


MANŞET XƏBƏRLƏRİ