Dəməşq: Bizim İsraillə problemimiz yoxdur, birgə yaşaya bilərik


Suriyada yeni administrasiyanın hakimiyyəti ələ keçirməsi ilə ən çox maraq doğuran mövzulardan biri də İsrail-Suriya münasibətləri oldu.

Turkustan.az xəbər verir ki, HTŞ lideri Əhməd Şara Suriyanın müharibələrdən bezdiyini və yeni müharibəyə hazır olmadığını bildirib. Oxşar bəyanatı Dəməşqin yeni təyin olunmuş qubernatoru deyib. Dəməşq valisi Mahir Mərvan, "İnsanlar İsraillə birlikdə yaşamaq istəyirlər, heç bir problemimiz yoxdur. Biz sülh istəyirik" deyib.

Əvvəllər HTŞ lideri Əhməd Şara tərəfindən tez-tez dilə gətirilən İsraillə sülh müzakirəsi bu dəfə yeni təyin olunmuş Dəməşq valisi Mahir Mərvan tərəfindən səsləndirilib. NPR nəşrinə müsahibə verən Mervan, "İsrail bir az qorxu hiss etmiş ola bilər, ona görə də Suriyanı bir az bombalayıb irəli getdilər. Ancaq İsraillə bağlı heç bir narahatlığımız yoxdur, problemimiz İsraillə bağlı deyil"-deyə, bildirib.

Mərvan həmçinin BMT-ni Suriya-İsrail münasibətlərinin yaxşılaşdırılmasında vasitəçi olmağa dəvət edib. O, İsraillə birlikdə yaşaya biləcəklərini də ifadə edərək, "Bir yerdə yaşamaq istəyənlər var, sülh istəyirlər. Münaqişə istəmirlər" deyib.

Vali sonda, “Biz sülh istəyirik, İsraillə düşmən ola bilmərik, əslində heç kimə düşmən ola bilmərik” etirafını da edib.


MANŞET XƏBƏRLƏRİ