ABŞ etiraf etdi: Ukrayna yaza qədər bu ərazilərdən çıxacaq


"Ukrayna 2025-ci ilin yazına qədər Kurskdan çıxa bilər"

Turkustan.az xəbər verir ki, Bu barədə "Bloomberg" Amerika rəsmilərinə istinadən məlumat yayıb. Agentlik qeyd edir ki, Ukraynanın kifayət qədər canlı qüvvəsi yoxdur və bundan əlavə, Kiyev Qərbin bundan sonra da hərbi yardım göstərəcəyinə inanmır.

Nəşr yazır ki, Ukrayna Silahlı Qüvvələri əvvəllər Kursk vilayətində işğal olunmuş ərazilərin təxminən yarısını artıq itirib və çox güman ki, qalan hissəni yalnız yaza qədər saxlaya biləcək, bundan sonra ya geri çəkiləcək, ya da mühasirə təhlükəsi ilə üzləşəcək.

Bildirək ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə kütləvi hücumu avqustun 6-da başlayıb. Bölgədə federal fövqəladə vəziyyət rejimi qüvvədədir. Sərhəd rayonlarının sakinləri təhlükəsiz ərazilərə köçürülür.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Kursk istiqamətində hərbi əməliyyatlar başlayandan bəri Kiyev 43,9 mindən çox hərbi qulluqçu və 255 tank itirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ