Danimarkanın Baş naziri açıqlamasıyla gündəmə gəlib.
Turkustan.az xəbər verir ki, Danimarkanın Baş naziri Mette Frederiksen, elektrik, su və qidanın məhdudlaşdırıla biləcəyi müharibə vəziyyətində 3 gün ərzaq saxladığını açıqladı.
Rusiya-Ukrayna müharibəsinin təsirindən və Baltikyanı təxribat hadisələrindən sonra Skandinaviya ölkələri və Almaniya müharibəyə hazırlıq barədə öz xalqını məlumatlandırmağa başladı.
Almaniya vətəndaşlarına özlərinə ən yaxın sığınacaq tapmağa imkan verən tətbiqi işə salıb. İsveç isə vətəndaşlarına “Müharibə və ya böhran vəziyyətində” adlı kitabça paylayıb.
Nazir su, köhnə tipli radio və konservlər saxladığını və mütəxəssislərin bunu tövsiyə etdiyini də bildirib.
Bununla belə, Frederiksen Rusiyanın qurudan hücuma keçəcəyini düşünmür. Onun sözlərinə görə, hücum kiber xarakter daşıya və bir çox sistemi sıradan çıxara bilər.
Aytən Yaşar/ Turkustan.az