ABŞ Hərbi Hava Qüvvələri Qırmızı dənizdən husilərə qarşı hücumlarını davam etdirir.
Turkustan.az xəbər verir ki,ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri dekabrın 27-də axşam saatlarında Yəmənin paytaxtı Səna şəhərini vurub.
İsraillə Husilər arasında son 20 gündə yaşanan gərginlikdə normal hal alan hava hücumlarında enerji xətləri və raket anbarları hədəfə alınıb.
İsrail də dekabrın 27-də etdiyi hücumda Səna Beynəlxalq Hava Limanını hədəf aldı. Buna cavab olaraq husilər İsraildəki Ben Qurion hava limanını hipersəs ballistik raketlərlə vurduqlarını iddia ediblər.
Aytən Yaşar/ Turkustan.az