Ağ Ev təyyarə qəzası ilə bağlı sualları cavablamaqdan imtina edib


ABŞ da təyyarə qəzasına münasibət bildirib.

Turkustan.az xəbər verir ki, Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Rusiya Federasiyası tərəfindən vurulan, Bakıdan Qroznıya uçan "Embraer 190" təyyarəsi ilə bağlı sualı cavablandırmaqdan imtina edib. Bu barədə "Reuters" xəbər yayıb.

“İlkin məlumatlar var, ancaq mən dəqiq bir fikir bildirə bilmərəm. İstintaq davam edir, mən hadisələri qabaqlamaq istəmirəm" - deyə, Ağ Ev sözçüsü bildirib.

Kirbi həmçinin əlavə edib ki, Birləşmiş Ştatlar insidentin baş vermə şəraitinin araşdırılmasında iştirak etməyə hazırdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ