30 noyabr 2024-cü il tarixinə əsasən Ukraynanın dövlət və dövlət zəmanətli borcu 6,644,68 milyard qriven və ya 159,74 milyard dollar təşkil edib.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin məlumatında deyilir.
Ukraynanın dövlət və dövlət zəmanəti altında olan borcu hazırda belədir: Xarici borc - 4 770,12 milyard qriven (ümumi borcun 71,79%-i) və ya 114,68 milyard dollar, daxili borc - 1 874,56 milyard qriven (28,21%) və ya 45,07 milyard dollar. /axar.az/