Rusiyalı milyarder bu gün vurulan F-16 üçün 15 milyon rubl ödəyəcək.
Turkustan.az xəbər verir ki, "Fores" şirkətinin baş direktoru Sergey Şmotyev TASS-a xüsusi hərbi əməliyyat zonasında ilk Amerika F-16 qırıcısının məhv edilməsinə görə 15 milyon rubl bonus ödəməyə hazır olduğunu təsdiqləyib.
“Vurulan F-16-ya görə ödəniş Vətənin təhlükəsizliyi üçün hər gün həyatını riskə atanlara verdiyimiz töhfədir və biz hərbçilərimizin qəhrəmanlığı ilə fəxr edirik və onlara hərtərəfli yardım göstərməyə davam edəcəyik” -deyə, Şmotyev bildirib. .
Daha əvvəl Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində iş adamı ilk dəfə olaraq ilk F-16-nın məhv edilməsinə görə mükafat elan edib, həmçinin zədələnmiş Qərb istehsalı tanklara görə ödənişlər edib. “Biz ilk tanka 5 milyon rubl, sonrakı tanklara isə 500 min rubl ödədik”-deyə, o qeyd edib.
Qeyd edək ki, “Fores” şirkəti xüsusi hərbi əməliyyat başlayandan Rusiya ordusuna fəal dəstək verir. Avadanlıqların tədarükü, humanitar yardım və təlim bölmələrinin maliyyələşdirilməsi də daxil olmaqla yardımın ümumi məbləği 230 milyon rublu ötüb.
Aytən Yaşar/ Turkustan.az