İsrailin Baş Prokuroru Qali Baharav-Miara, Baş nazir Binyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahunun ərinin korrupsiya işinə qarışmağa cəhd etdiyinə görə istintaqın aparılmasını istəyib.
Turkustan.az xəbər verir ki, Baş prokuror Miaranın ofisindən verilən açıqlamada, Sara Netanyahuya ərinin korrupsiya iddiasında şahidə təzyiq göstərdiyi və ədalətin bərqərar olmasına mane olduğu iddiaları ilə bağlı istintaq tələb edildiyi ifadə edildi.
Sara Netanyahu ilə bağlı iddialar Netanyahunun keçmiş köməkçisi Hanni Bleiweiss-in yazışmalarına əsaslanaraq İsraildə yayımlanan Kanal 12-nin xəbəri ilə gündəmə gəlib.
Kanal 12-nin xəbərində Sara Netanyahunun ölən İsrail qırıcı pilotunun ailəsinin evi qarşısında nümayişləri təşkil etdiyi, hökumət əleyhinə nümayişçilərə qarşı güc tətbiq edən polisi təşviq etdiyi, mühüm şahidi qorxutmağa çalışdığı iddia edilib.
Dünən axşam yayımladığı videomüraciətdə Netanyahu həyat yoldaşı Sara Netanyahu ilə bağlı mətbuatda yer alan iddialara sərt reaksiya verib və mətbuat qurumlarının onun həyat yoldaşına “qanlı iftira” atdığını iddia edib.
Aytən Yaşar/ Turkustan.az