İranla Rusiya bu tarixdə əməkdaşlıq sazişi imzalayacaq


Rusiya Asiyada əməkdaşlıq müqavilələrini davam etdirir.

Turkustan.az xəbər verir ki, Rusiya İranla əməkdaşlıq müqaviləsi imzalayacaq. Müqavilənin yanvarın 17-də imzalanması gözlənilir.

Rusiya Qərblə mübarizəyə qarşı müttəfiqliklərini gücləndirməyə çalışır. Şimali Koreya ilə Strateji Müdafiə Əməkdaşlıq Müqaviləsini imzalayan Rusiya yanvar ayında İranla Əməkdaşlıq Sazişi imzalayacaq.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi açıqlama verib. Baqai Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkianın Strateji Əməkdaşlıq Sazişi imzalamaq üçün görüşəcəklərini açıqlayıb.

Bildirək ki, Rusiya Hindistan Şimali Koreya, Çin və İranla iqtisadi və müdafiə sahəsində əməkdaşlığı artırmağa çalışır. Rusiya strateji əhəmiyyət kəsb etdiyi bu dörd ölkə ilə 2024-cü ildə bir çox diplomatik əlaqələr qurub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ