İsrail ordusu Suriya ilə Livan arasındakı sərhəd qapısına zərbələr endirir


İsrail Hərbi Hava Qüvvələrinin hədəfi bu dəfə Canqa Sərhəd Qapısı oldu.

Turkustan.az xəbər verir ki, İsrail ordusu Suriya ilə Livan arasındakı sərhəd qapısına hava hücumu təşkil etdiyini açıqlayıb.

Ordudan verilən yazılı açıqlamada səhər saatlarında Suriya ilə Livan arasındakı Janqa Sərhəd Qapısının infrastrukturuna İsrail Hərbi Hava Qüvvələri tərəfindən hava hücumu təşkil edildiyi bildirilib.

Vurulan sərhəd qapısının “Hizbullah tərəfindən Suriyadan Livana silah ötürmək üçün istifadə edildiyi” iddia edilib.

Sentyabr ayından bəri İsrail ordusu Hizbullahın silah ötürmək üçün istifadə etdiyini iddia edərək Suriya və Livan arasında bir çox sərhəd qapılarına hava zərbələri endirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ