Rusiya sülh danışıqlarını bu ölkədə etmək istəyir


Rusiya prezidenti Vladimir Putin sülh danışıqları ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, Putindən 2022-ci ildən bəri davam edən və qlobal balansları dəyişən Rusiya-Ukrayna müharibəsi ilə bağlı tənqidi açıqlama gəlib.

Trampın ABŞ prezident seçkilərində qalib gəlməsi ilə müharibənin bitmə ehtimalı artdıqdan sonra Avropa İttifaqı üzvü Slovakiyanın Rusiya ilə qurduğu yaxın münasibətlər də müharibədə mühüm rol oynayır.

Nəticə əldə etməkdə qərarlı olduğunu vurğulayan Putin, “xüsusi hərbi əməliyyat” adlandırdığı Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Slovakiyanın ev sahibliyi edəcəyi sülh toplantısına hazır olduğunu açıqladı.

Bu həftə Kremldə Slovakiyanın baş naziri Robert Fikonu qonaq edən Putin, Avropa Birliyinin Ukraynaya hərbi dəstəyinin açıq əleyhdarı olan Fikonun ölkəsinə Rusiya və Ukrayna arasında danışıqlara ev sahibliyi etməyi təklif etdiyini söylədi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ