Panamadan Trampa: Danışacaq heç nə yoxdur!


Panama prezidenti Xose Raul Mulino Trampa cavab verib.

Turkustan.az xəbər verir ki, Mulino, "Danışılası bir şey yoxdur. Kanal Panamadır və panamalılara məxsusdur. Ölkənin qan, tər və göz yaşı bahasına başa gələn bu reallıq haqqında hər hansı söhbətə başlamaq imkanı yoxdur" dedi.

Panama prezidenti ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampın Panama kanalına nəzarətin ABŞ-a keçməsi və kanala Çin əsgərlərinin rəhbərlik etməsi ilə bağlı iddialarını rədd edib.

Mulino həmçinin Trampın Atlantik və Sakit Okeanları birləşdirən Panama kanalına nəzarəti Vaşinqtona qaytarmaq təhdidinə cavab olaraq ABŞ gəmiləri üçün ödənişlərin azaldılmasını istisna edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ