Ukraynaya məxsus döyüş təyyarəsi vurulub.
Turkustan.az xəbər verir ki, Rusiyanın yeni regionları üzrə Koordinasiya Şurasının həmsədri Vladimir Roqov Zaporojya vilayətində Ukraynaya məxsus F-16 qırıcısının vurulduğunu açıqlayıb.
Roqov Telegram hesabında verdiyi açıqlamada deyib: “İlkin məlumatlara görə döyüş təyyarəsi Zaporojya bölgəsində raket atəşi zamanı vurulub. Bu, təyyarənin azad edilmiş ərazilərə hücumu zamanı baş verib".
Bundan əlavə, Roqov bəyan edib ki, ilkin məlumatlara görə, Ukraynanın 12 döyüş təyyarəsi Rusiya ərazisinə raket zərbəsi endirib.
Aytən Yaşar/ Turkustan.az