Medvedev: Yaxın 100 il ərzində ABŞ ilə Rusiya arasında dostluq gözlənilmir


Eyni zamanda, Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini qeyd edib ki, bu 2 ölkənin bir-biri ilə döyüşməsi baha başa gəlir.

Turkustan.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev əmindir ki, Rusiya və ABŞ növbəti əsrdə mütləq dost olmayacaqlar və bir-biri ilə mübarizə hər cəhətdən baha başa gəlir. O, bu fikri öz Telegram kanalında bildirib.

“Biz yaxın 100 ildə dostluq münasibətlərinin olacağını gözləmirik və Amerika ilə döyüşmək də baha başa gəlir. Birbaşa münaqişə açıq şəkildə dünya nüvə müharibəsinə çevriləcək”-deyə, Medvedev qeyd edib. Ona görə də onun fikrincə, Qərbin Rusiya Federasiyasına qarşı hibrid müharibəsinin sona çatdığı bir şəraitdə Rusiya üçün ən ağlabatan şey ABŞ-a məhəl qoymamaqdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ