Ukraynanı bu "kompromisə" inandıracaqlar? - Polkovnik


Müharibələr üç halda bitir, bunlardan ikisi Ukrayna üçün uyğun deyil.

Turkustan.az xəbər verir ki, bu sözləri Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki Roman Kostenko deyib.

“Birincisi, bir ölkənin uduzması, ikincisi, hərbi əməliyyatlar zamanı tərəflərdən birinin güzəştə getməsidir. Məsələn, ərazilərinizin bir hissəsindən imtina edirsiniz. Burda bir növ rusiyapərəst mədəniyyətə, dilə, bəzi rus siyasi qüvvələrə icazə verilir”, - o bildirib.

Onun sözlərinə görə, bu, Rusiyanın arzuladığı "kompromis"dir və bəlkə də Ukraynanı buna inandıracaqlar.

“Üçüncüsü, müharibə o halda başa çatır ki, tərəflərin potensialı müharibəni davam etdirməyə imkan vermir və hər ikisi sülhə ehtiyacı olduğunu başa düşür. Və onlar güzəştə getməyə, danışıqlara hazır olurlar, çünki başqa şansları yoxdur”, - polkovnik vurğulayıb.

Onun fikrincə, nə birinci variant Ukrayna üçün uyğundur, nə də ikinci. //axar.az/


MANŞET XƏBƏRLƏRİ