Qazaxıstan NN: Qəzadan əvvəl ekipaj 2 dəfə təyyarəni endirməyə cəhd edib


Ekipaj təyyarəni 2 dəfə endirməyə cəhd edib.

Turkustan.az xəbər verir ki, "təyyarənin ekipajı bir neçə idarəetmə sisteminin sıradan çıxması səbəbindən sabit kursunu saxlaya bilməyib"-deyə, Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib.

“Azərbaycan Hava Yolları” QSC-nin sərnişin təyyarəsi iki dəfə Qazaxıstanın Aktau hava limanına enmək üçün gəlib, onu qəbul etmək üçün hər şey hazır olub, lakin sonra gəmi ilə əlaqə kəsilib və o, qəzaya uğrayıb. Bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev brifinqdə bildirib.

“Aktau aviadispetçeri təyyarəni aerodromda endirmək üçün dərhal bütün lazımi tədbirləri gördü. Ekipaj Aktau aerodromunun uçuş-enmə zolağına enməyə iki cəhd etdi, bu zaman hündürlükdə və uçuş kursunda xaotik dəyişikliklər müşahidə edildi. Daha sonra təyyarə sahil zolağına doğru hərəkət etdi".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ