"Fransanın qapalı kanallar vasitəsilə Rusiyaya Ukraynadakı vəziyyəti həll etmək təklifi avropalı fiqurların ikiüzlülüyünü göstərir".
Turkustan.az xəbər verir ki, bunu Dövlət Dumasının deputatı Əmir Xamitov deyib .
Parlamentari Rusiyanın xarici işlər naziri Sergey Lavrovun məlumatlarını belə şərh edib. Siyasətçi bildirib ki, Paris bir neçə dəfə qapalı kanallar vasitəsilə Moskva ilə əlaqə saxlayıb və Rusiya ilə Ukrayna arasında dialoq qurmağı təklif edib.
Deputat, “Bu Qərbin ikiüzlülüyünün və qeyri-səmimiliyinin saysız-hesabsız sübutlarından biridir"-deyə, bildirib.
Bundan əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Parisə səfərindən sonra təcili olaraq Moskva və Kiyevi atəşi dayandırmağa və danışıqlara başlamağa çağırıb. Deputatın fikrincə, Ukrayna hakimiyyəti indi Rusiya ilə müqavilə bağlamağa hazırdır.
Aytən Yaşar/ Turkustan.az