Suriyada "yolka" yandırıldı, paytaxt Dəməşqdə etirazlar başladı


Dəməşqdə etirazlar davam edir.

Turkustan.az xəbər verir ki, paytaxt Dəməşq də daxil olmaqla Suriyanın böyük hissəsini nəzarətə götürən və Əsəd administrasiyasını devirdikdən sonra keçid hökuməti quran “Həyat Təhrir Əl-Şam” qruplaşması xristianların müqəddəs günü olan Milad bayramını dövlət bayramı elan edib.

Lakin Həma şəhərində yolka naməlum şəxslər tərəfindən yandırılıb. Dəməşqdə yüzlərlə nümayişçi hadisəyə etiraz etmək üçün küçələrə çıxıb.

Bildirək ki, HTŞ-nin rəhbərlik etdiyi hökumət dekabrın 25 və 26-nın bayram olacağını açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ