NATO Qazaxıstanda baş verən təyyarə qəzası ilə bağlı açıqlama verib


"Qazaxıstanda baş verən təyyarə qəzası araşdırılmalıdır".

Turkustan.az xəbər verir ki, NATO-nun sözçüsü Farah Dakhlallah Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə bağlı başsağlığı verib və qəza ilə bağlı məsələni tam araşdırmağa çağırıb. Bu barədə alyansın nümayəndəsi X sosial şəbəkəsində yazıb.

“Düşüncələrimiz və dualarımız “Azərbaycan Hava Yolları”nın J28243 reysinin həyata keçirilməsində həlak olanların ailələri və qurbanlarının yanındadır. Qəza zamanı xəsarət alanların tezliklə sağalmasını arzulayırıq və məsələni hərtərəfli araşdırmağa çağırırıq”- deyə, o bildirib.

Bildirək ki, dekabrın 25-də səhər saatlarında Azərbaycanın paytaxtı Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”nın “Embraer” sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanında qəzaya uğrayıb. Qəzadan əvvəl təyyarənin ekipajı təcili eniş tələb edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ