The Telegraph: Xərçəng xəstəsi olan Əsma Əsədin yaşamaq şansı azdır


Əsma Əsəd xərçəng xəstəliyindən əziyyət çəkir.

Turkustan.az xəbər verir ki, Britaniyanın “The Telegraph” qəzeti Suriyanın devrilmiş lideri Bəşər Əsədin həyat yoldaşı Esma Əsədin leykemiya xəstəliyindən əziyyət çəkdiyini və sağ qalma şansının yarı-yarıya olduğunu iddia ediblər. Xəbərdə Esma Esadın heç kimlə eyni mühitdə olmadığı və təcrid olunmuş otaqda qaldığı bildirilib.

Suriya prezidentliyi bu ilin mayında o vaxtkı birinci xanım Esma Əsədə leykemiya diaqnozu qoyulduğunu açıqlamışdı. Esma Esad əvvəllər döş xərçəngindən müalicə almışdı və 2019-cu ilin avqustunda onun bir illik müalicədən sonra xəstəlikdən tamamilə sağaldığı bildirildi.

Hazırda ayrı otaqda saxlanılan Esma Əsədin atası Fəvaz Əxras Moskvada qızına baxır. Ehtimal olunur ki, onun kardioloq atası, ikili Suriya-Britaniya vətəndaşı olan 49 yaşlı Əsma Əsədə son altı ayda özü baxır.

Bildirək ki, Əsəd rejiminin çökməsindən və cütlüyün Moskvadan sığınacaq istəməsindən sonra Esma Əsədin boşanmaq istədiyi iddia edilib. Xəbərlə bağlı Əsəd cütlüyündən açıqlama verilməsə də, Kreml bu iddiaları təkzib edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ