İsrail Qəzzanın bir çox bölgəsində işğalını davam etdirir.
Turkustan.az xəbər verir ki, xüsusilə Filadefi Dəhlizi kimi strateji yerləri tutan İsrail qüvvələrinin bu nöqtələrdən geri çəkilə biləcəyi bildirilib. Lakin İsrailin müdafiə naziri Yisrael Katz Qəzzada strateji yerlərdən çəkilməyəcəklərini açıqlayıb. Nazirlikdən verilən açıqlamaya görə, Filadelfi dəhlizinə gedən Katz, İsrail ordusunun Qəzza zolağında "tampon zonalar və strateji mövqelər" saxlamağa davam edəcək.
Katz, "Təhlükəsizliyə nəzarətin (Qəzzada) təhdidlərin qarşısını almaq üçün hər sahədə hərəkət etmək səlahiyyətinə malik olan İsrail ordusunun əlində olmasını təmin edəcəyik" dedi.
Bildirək ki, İsrail ordusu mayın sonunda Qəzza zolağının dünyaya açılan yeganə sərhəd qapısı olan Rəfah Sərhəd Qapısının yerləşdiyi Filadelfi Dəhlizini tamamilə nəzarətə götürdüyünü açıqlayıb.
Dəhliz İsrailin Rəfah Sərhəd Qapısını işğal etdikdən sonra Qəzza zolağının xarici aləmdən təcrid edilməsi üçün istifadə etdiyi ən görkəmli sərhəd marşrutu hesab olunur.
Aytən Yaşar/ Turkustan.az