Zelenksidən ağır sözlər: Slovakiyanın baş naziri Moskvada daha sərfəli şey tapdı


Ukrayna-Rusiya müharibəsində gərginlik artdıqca, Ukrayna ilə Avropa İttifaqının bəzi ölkələri arasında da gərginlik artır.

Turkustan.az xəbər verir ki, Zelenski son həftələrdə sosial şəbəkədə Macarıstanın baş naziri Viktor Orbanla mübahisə edib və Orbanı Rusiya prezidenti Vladimir Putinlə görüşməkdə ittiham edib. Zelenski bu həftə də Moskvada Putinlə görüşən Slovakiyanın baş naziri Robert Fikonu sərt tənqid edib.

Vladimir Zelenski Orban haqqında, “Ümid edək ki, Moskvada Əsədə zəng etməsin” demişdi. Viktor Orban isə heç bir gizli niyyətinin olmadığını və sülh danışıqlarına töhfə vermək üçün Putinlə görüşdüyünü bildirib.

Zelenski oxşar tənqidləri Moskvada Putinlə görüşən Slovakiyanın baş naziri Robert Fikoya yönəldib. Zelenski, "Fiko slovakiyalılar üçün deyil, pul üçün mübarizə aparır və Putinlə bağladığı razılaşmada şəxsi maraqlarını güdür. O, Moskvada Avropa İttifaqından daha sərfəli bir şey tapdı" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ