Kreml təyyarə qəzasının səbəbləri ilə bağlı fərziyyə irəli sürməyəcək


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, istintaqın yekunlarına qədər spekulyasiya etmək düzgün olmaz.

Turkustan.az xəbər verir ki, "Hazırda, istintaqın getdiyi bir vaxtda Aktau yaxınlığında təyyarə qəzasının səbəbləri ilə bağlı fərziyyələr qurmaq düzgün deyil. Bunu heç kim etməməlidir, Kreml də etməyəcək"-deyə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə vurğulayıb.
"Hazırda hər hansı bir aviasiya hadisəsi xüsusi aviasiya orqanları tərəfindən araşdırılmalıdır", - deyə Kreml nümayəndəsi xatırladıb.

Peskov xatırladıb ki, bir gün əvvəl MDB-nin qeyri-rəsmi sammiti zamanı Rusiya prezidenti Vladimir Putin həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib , xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ